“Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.
“Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib. Primeinfo.az xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır. “Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub.
Vladimir Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.
“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq”.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başlanılan istintaq davam edir.
Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Primeinfo.az AZAL-a istinadən xəbər verir ki, əksər marşrutlar üzrə biletlər artıq satışdadır. Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır.