Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Hava Yolları (AZAL)

AZAL-ın təyyarə qəzası ilə bağlı AÇIQLAMA

AZAL-ın təyyarə qəzası ilə bağlı AÇIQLAMA

2025-ci il dekabrın 3-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarə qəzasının araşdırması ilə bağlı jurnalistlərə açıqlama verib.

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili “Wi-Fi” xidməti təqdim edəcək. Primeinfo.az şirkətə istinadən xəbər verir ki, AZAL peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb.

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb. Primeinfo.az bu barədə aviaşirkətə istinadən xəbər verir. Yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.

Təyyarədə şarj cihazından istifadə qadağan edildi

Təyyarədə şarj cihazından istifadə qadağan edildi

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən hava nəqliyyatında portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Primeinfo.az xəbər verir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur. Bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir.

AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir

AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir

Oktyabrın 27-dən Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa reysləri bərpa edir. Bununla da turistlər üçün Hind okeanının sahillərinədək olan yol xeyli qısalır və əlverişli səyahəti təmin edir. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bakı–Tbilisi reysləri I terminaldan həyata keçiriləcək

Bakı–Tbilisi reysləri I terminaldan həyata keçiriləcək

Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a AZAL-dan bildirilib. Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: “Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.