Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Hava Yolları (AZAL)

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir - AZAL

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir - AZAL

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir. “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Primeinfo.az-a bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

AZAL: "Ciddədən 209 Azərbaycan vətəndaşı Bakıya təxliyə edilir"

AZAL: "Ciddədən 209 Azərbaycan vətəndaşı Bakıya təxliyə edilir"

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir. Bu barədə Primeinfo.az-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən bildirilib. Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir.

AZAL daha 4 istiqamət üzrə uçuşları dayandırdı

AZAL daha 4 istiqamət üzrə uçuşları dayandırdı

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. Bu barədə Primeinfo.az-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Məlumata əsasən, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, – deyə diplomat bildirib.

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. Yeni istiqamət üzrə biletlər artıq satışdadır. AZAl-dan Primeinfo.az-a verilən məlumata görə, ilk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq.

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yaz fəsli mühit dəyişmək və yeni təəssüratlar qazanmaq üçün gözəl fürsətdir. Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə əlverişli şərait yaradır. Primeinfo.az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) sərnişinlərə geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir.

Bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın! - AZAL-dan TÖVSİYƏ

Bayramlarla əlaqədar Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın! - AZAL-dan TÖVSİYƏ

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir. AZAL-dan Primeinfo.az-a verilən məlumata görə, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb.

AZAL Gürcüstana gedənlərə MÜRACİƏT ETDİ

AZAL Gürcüstana gedənlərə MÜRACİƏT ETDİ

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edir. Primeinfo.az xəbər verir ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.

Kazana uçan təyyarə Bakıda eniş edib

Kazana uçan təyyarə Bakıda eniş edib

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.