Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib. Primeinfo.az xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir. Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir.
AZAL-ın qiymətləri o qədər bahadır, adam metropoliten rəisinə məsləhət də verə bilmir ki, bir məhəlləsi Bakı boyda olan meqapolislərə get, bir bax metro nədir, nə cür işləyir, kim minir, necə minir, pik saatlarda nələr olur?
Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib.
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Bu barədə Primeinfo.az-a AZAL-dan bildirilib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
“Azərbaycan Hava Yolları” aviabiletlərin qiymətini kəskin qaldırıb. Bu da yay tətili üçün xarici ölkələrə əvvəlcədən tur alanlara ciddi problem yaradıb. Çünki bahalaşma təkcə yeni biletlərə deyil, həm də indiyədək satılan biletlərə şamil edilir.
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir. Bu barədə Primeinfo.az-a AZAL-dan məlumat verilib. Bildirilib ki, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası məlumat yayıb. Bildirilib ki, görüş İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.
“Rusiya, nəhayət ki, məntiqsiz inkardan, haqsız mövqeyindən əl çəkdi, əlaqələrin normallaşması üçün üzr istədi və kompensasiya məsələsi həll olundu”.
Azərbaycan və Rusiya AZAL-ın təyyarə qəzasının həlli barədə razılığa gəlib – BİRGƏ BƏYANAT
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: “Nə vaxt vurulub?