Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Hava Yolları (AZAL)

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib. Primeinfo.az  bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.

Bakı-Moskva reysi təxirə salındı

Bakı-Moskva reysi təxirə salındı

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib. AZAL-dan Primeinfo.az-a verilən məlumata görə, Bakı – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub. Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb.

Gürcüstana gedənlərdən bu sənəd tələb olunacaq - AZAL

Gürcüstana gedənlərdən bu sənəd tələb olunacaq - AZAL

2026-cı ilin 1 yanvardan etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Primeinfo.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur: “Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.

AZAL təyyarəsinin qəzaya uğramasından bir il ötür

AZAL təyyarəsinin qəzaya uğramasından bir il ötür

“Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür.

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası təqdim olunub

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası təqdim olunub

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərpoçt” MMC Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasını təqdim edib. Primeinfo.az xəbər verir ki, poçt markasının təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib. Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib.