Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb. Primeinfo.az xəbər verir ki, ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən Tagasse Çaffo bildirib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. Milli Məclisin sədri Sahibə Qafarova da öz növbəsində qeyd edib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.
Azərbaycanla Efiopiya arasında saziş təsdiqlənib
Milli Məclis Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub. Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.