Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı- Tiflis-Bakı

Bakı–Tiflis–Bakı qatarlarında sərnişin yerlərinin sayı təqribən 120 faiz artırılıb - FOTO

Bakı–Tiflis–Bakı qatarlarında sərnişin yerlərinin sayı təqribən 120 faiz artırılıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb.

Bakı-Tiflis-Bakı marşrutu üzrə 5500-dək bilet satışa çıxarılıb - ADY

Bakı-Tiflis-Bakı marşrutu üzrə 5500-dək bilet satışa çıxarılıb - ADY

İyulun 10-dan etibarən Bakı-Tiflis-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Biletlər bu gündən satışa verilib. Primeinfo.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub. Primeinfo.az xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Bakı-Tiflis-Bakı qatarı 5 yaşadək uşaqlar üçün pulsuz olacaq

Bakı-Tiflis-Bakı qatarı 5 yaşadək uşaqlar üçün pulsuz olacaq

“Azərbaycan Dəmir Yolları”nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur. Qurumdan Primeinfo.az-a verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.