"Birmarket" yanğından sonra işini tam bərpa edib - AÇIQLAMA
Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın hadisəsindən sonra “Birmarket” platformasının işi artıq tam şəkildə bərpa olunub. Primeinfo.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Qeyd edilib ki, hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər.