Almaniya və İsveç hökumətləri İranda yaşayan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri ilə bağlı çağırış ediblər. Primeinfo.az xəbər verir ki, İranda artan gərginlik fonunda Almaniyanın Tehrandakı səfirliyi sosial media hesabında “İrandakı alman vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış” başlıqlı açıqlama yayıb. Bildirilib ki, həm ölkə daxilində, həm də regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır.
Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir. Bu barədə Primeinfo.az-a Mətbuat Şurasından məlumat verilib. Bildirilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.
“Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur”. Primeinfo.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.
“İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.
İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər ölkə rəsmiləri ilə bütün görüşlər ləğv olunub. Primeinfo.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “İranlı vətənpərvərlər, etrazları davam etdirin – öz müəssisələrinizi ələ keçirin!!!
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir. “TodayBaku” xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub: “Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!”
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı rəsmi Vaşiqntonu təmkinli olmağa çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri rəsmi “X” hesabında paylaşım edib. Kallas bəyanatında beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə hər şəraitdə hörmət edilməli olduğunu vurğulayıb: “Biz təmkinli olmağa çağırırıq.
[caption id="attachment_22375" align="alignnone" width="1200"] tibii təcili yardım[/caption] 2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə paylaşım edib. O bildirib ki, əsassız çağırışlar təcili tibbi yardım resurslarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir.
Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib.