Bu gün Abşeron rayonunun bu ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu barədə Primeinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.
İsveçin “Volvo Cars” şirkəti 2023-cü ilin dekabr ayında satışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tam elektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir. Şirkət dekabrda tam elektrikli avtomobil satışlarının illik müqayisədə 28% artdığını, bu göstəricinin Avropada 33%, ABŞ-da isə 43% təşkil etdiyini bildirib.
330 kV-luq “Ağbənd-Ordubad” elektrik verilişi xəttinin (EVX) çəkilişinə və metal dayaqların satın alınmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb. Bu barədə Primeinfo.az “Azərenerji” ASC-dən məlumat əldə edib. Məlumata görə, “Azərenerji” metal dayaqları Türkiyənin “Mitaş Endüstri Sanayi Tic.A.Ş” şirkətindən alır.
“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 19 nömrəli Qərarında dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Tarif Şurası bununla bağlı qərar qəbul edib. Qərarda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır: 1.
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilir. Primeinfo.az xəbər verir ki, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Layihələrin əsas məqsədi, dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır.
Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 11 aprel 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda öz əksini tapmış İctimai binalarda elektrik enerjisi üzrə əlavə güc əmsalları müəyyənləşdirilib.
Ağdamın elektrik təsərrüfatı yenidən qurulur. Bu barədə Primeinfo.az “Azərişıq” ASC-dən bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 553,5 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,6% artım deməkdir. Bu barədə Primeinfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 21 800,7 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (0,6% artım).
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni qaydalarla bağlı sahibkarlıq subyektləri arasında maarifləndirmə işinə başlanılıb. Dövlət Agentliyindən Primeinfo.az-a bildirilib ki, bu çərçivədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən ümumilikdə 3700-ə yaxın mağazanı əhatə edən 46 ticarət şəbəkəsi və satış obyekti, eləcə də 5 iri ticarət mərkəzi və 1 onlayn satış platformasının rəhbərliyinə mövcud tələblər barədə maarifləndirici məktublar göndərilib. Qeyd edək ki, elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni tələblər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 11 aprel 2025-ci il tarixli dəyişiklikdə öz əksini tapıb.
Paytaxtın Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrik enerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləri aparılacaq.