Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq
Ermənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazının Azərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınması məsələsi müzakirə olunur.
Ermənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazının Azərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınması məsələsi müzakirə olunur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda rəy sorğularında liderlik edir. Primeinfo.az xəbər verir ki, Fidanın sözlərinə görə, Ankara Paşinyanın konstruktiv rolunu dəstəkləyir və onun seçdiyi xəttin və siyasi iradənin davam etdirilməli olduğuna inanır.
Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, məqsəd müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsidir.
Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. O, qeyd edib ki, səfirə Rusiyanın dövlət televiziya kanalında verilən açıqlamalardan dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.
Tehran-İrəvan avireysləri ləğv edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Zvartnots” hava limanı məlumat yayıb. Məlumata görə, Tehran-İrəvan aviareysləri İranda etirazlar fonunda ləğv edilib.
İrəvan silah alır, lakin onlardan istifadə etmək məcburiyyətində qalmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin peşə bayramı münasibətilə bu qurumu ziyarət edərkən verib.
8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-ə istinadən məlumat verib. Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi gözlənilir.
Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün viza verilməsi prosesi sadələşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik, xidməti və xüsusi pasport sahibləri artıq elektron vizaları (e-vizalar) pulsuz əldə edə biləcəklər.