8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfər edəcək. Bu barədə Primeinfo.az İran KİV-ə istinadən məlumat verib. Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi gözlənilir.
Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün viza verilməsi prosesi sadələşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik, xidməti və xüsusi pasport sahibləri artıq elektron vizaları (e-vizalar) pulsuz əldə edə biləcəklər.
Ermənistanda Azərbaycandan göndərilən benzinin aşağı qiymətlə satılması ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirilib.
Rusiyanın Volqoqrad vilayətindən ilk taxıl partiyası yük qatarı ilə Ermənistana göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Voljski.ru” saytı məlumat yayıb. Buğda ilə dolu vaqonların Volqoqrad vilayətindəki Gmelinskaya stansiyasından yola salındığı bildirilir.
Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.
TRIPP (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib.
NATO Baş katibinin müavini Radmila Şekerinska İrəvana səfəri çərçivəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Simonyan özünün “X” hesabında məlumat verib. “Bu gün NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdüm.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan və digərlərinin cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlıqlarının strateji gündəliyi ilə bağlı birgə bəyannamə imzalayıblar. Primeinfo.az bu barədə “Armenpress”ə istinadən xəbər verir. Sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts imzalayıblar.