Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir. Primeinfo.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda deyilir: “Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.
Ermənistan müdafiə nazirinin keçmiş müavininin daşınmaz əmlaklarını və 92 min dollarını müsadirə etmək istəyirlər. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Baş Prokurorluğun məlumatına görə, Antikorrupsiya Məhkəməsi Artur Aqabekyana qarşı qanunsuz əldə edilmiş əmlak haqqında iş üzrə müvafiq iddia qaldırıb.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistana birgünlük səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Səfər çərçivəsində ABŞ-ın vitse-prezidentinin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.
Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı yaxşı xəbərlər ola bilər. Primeinfo.az “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında deyib. “Çox yaxşıdır ki, Türkiyə bizim ən azı iqtisadi baxımdan, ÜDM həcminə görə ən böyük qonşumuzdur.
İyunun 1-dən etibarən Qərbi Zəngəzurdakı Köhnə Xınzırək Tarix və Mədəniyyət Qoruğuna giriş pullu olacaq.
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Fevral ayında Avstriyada keçirilməsi planlaşdırılan Yepiskoplar Şurasının toplantısında Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin də iştirakı gözlənilir. Lakin bütün ermənilərin katalikosunun Avstriyaya səfəri baş tutmaya da bilər. Primeinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin II Qareginə “sürpriz” edə biləcəyi gözlənilir.
Ermənistan müdafiə naziri Suren Papikyanın əmri ilə Silahlı Qüvvələrdə Ruhani xidməti ləğv edilib. Primeinfo.az xəbər verir ki, məlumatı Ermənistan KİV-nə keşiş Psak Mkrtçyan açıqlayıb. O xatırladıb ki, Silahlı Qüvvələrdə Ruhani xidməti 20 ildən çoxdur fəaliyyət göstərirdi.
“Ermənistan cəmiyyəti məğlubdur, zəifdir, revanş imkanları yoxdur”.
İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.