Küləklə əlaqədar sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edilib.
Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edilib.
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 19-20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
İyulun 5-də bəzi bölgələrdə küləkli hava şəraiti olacaq.
Paytaxt Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində hava şəraiti kəskin şəkildə pisləşəcək, güclü külək və yağış olacaq. Primeinfo.az xəbər verir ki, mayın 16-dan etibarən başlayan küləkli hava şəraiti növbəti günlərdə yerini yağışa təhvil verəcək. Sinoptiklər xüsusilə meteohəssas insanları və sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır.
Azərbaycanda may ayının ilk günləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə diqqət çəkir. Primeinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində temperatur dalğalanmaları və güclü külək gözlənilir. Bu gün Bakıda havanın temperaturu gündüz saatlarında 18°C təşkil etdiyi halda, sabah, mayın 3-də temperaturun kəskin enərək 13°C-yə düşəcəyi proqnozlaşdırılır.
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.