Karib dənizində təhlükə – “Melissa” qasırğası 5-ci kateqoriyaya çatdı
Karib dənizində formalaşan “Melissa” tropik qasırğası 5-ci kateqoriyaya qədər güclənib. Qasırğanın episentrində küləyin sürəti saatda 257 kilometrə (72 m/s) çatır. Primeinfo.az xəbər verir ki, meteoroloqların məlumatına görə, təbii fəlakət 24 saat ərzində Yamaykaya çatacaq.