Medianın İnkişafı Agentliyi tərəfindən deputat və ekspertlərin iştirakı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib. Primeinfo.az xəbər verir ki, dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və dayanıqlı inkişaf mühitinin formalaşdırılması dövlətlərin əsas prioritetlərindəndir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Primeinfo.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
“Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur.
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılara “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş videoçarx təqdim olunub.
MEDİA: “Azərbaycandan raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”
“Müasir dövrdə, rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobal miqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Bu transformasiya yalnız informasiya axınının sürətini artırmaqla kifayətlənməyib, həm də onun məzmununa, təsir mexanizmlərinə və etibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib”. Primeinfo.az xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən Strateji Kommunikasiya Sammiti (STRATCOM) çərçivəsində təşkil edilən “Rəqəmsal ünsiyyət ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzulu panel iclasda çıxışı zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, bəyanatda deyilir ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Qeyd olunub ki, xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.
“Sosial şəbəkələrdə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır”. Primeinfo.az xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda əksini tapıb. Bildirilib ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni “fakt” kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür: “Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik.
Jurnalist Nicat Novruzoğlu (Rüstəmov) vəfat edib. Primeinfo.az xəbər verir ki, 48 yaşlı jurnalist uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkib.
Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb. Qurumdan Primeinfo.az-a daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib: “Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.