Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Mehriban Əliyeva

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub. Primeinfo.az xəbər verir ki, sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Mehriban Əliyeva Bişkekdə SƏRGİDƏ - FOTO

Mehriban Əliyeva Bişkekdə SƏRGİDƏ - FOTO

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Məmməd Əliyev Mehriban Əliyeva təbrik məktubu ünvanlayıb

Məmməd Əliyev Mehriban Əliyeva təbrik məktubu ünvanlayıb

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət və hökumət mükafatları laureatı, Rusiyanın Əməkdar elm xadimi və “Dostluq” ordeni laureatı Məmməd Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Çox hörmətli Mehriban Arif qızı. Sizi doğum gününüz münasibətilə təbrik edirəm.