ABŞ-nin Nyu-York şəhərində yaşayan azərbaycanlı və türk icmaları şəhərin meri Zohran Mamdaninin 1915-ci il hadisələri ilə bağlı paylaşımına etiraz ediblər.
Nyu-York meri Zöhran Məmdaninin 24 apreldə X platforma hesabında 1915-ci il hadisələri ilə bağlı paylaşımına qarşı bir neçə türk dərnəyinin dəstəklədiyi etiraz aksiyası keçirilib. Primeinfo.az xəbər verir ki, 1915-ci il hadisələrinin ildönümü ilə bağlı paylaşımında Məmdani Azərbaycan və Türkiyəni “Qarabağdakı erməni əhalisinə hücum etməkdə” günahlandırıb və ermənilərin bölgədən “qovulduğunu” iddia edib. Türk-Amerika icmasının üzvləri də daxil olmaqla etirazçılar himnlər oxuyub, lövhələr və bayraqlar qaldırıblar.
Nyu-Yorkun “La-Quardia” hava limanında Kanadanın “Air Canada Express” aviaşirkətinə məxsus Bombardier CRJ-900 tipli təyyarə qəza törədib.
Nyu-Yorkda sosial media platformalarına psixi sağlamlıqla bağlı xəbərdarlıq etiketləri tələb olunacaq. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Nyu-York ştatında qəbul edilən yeni qanuna əsasən, avtomatik oynatma və alqoritmik lentlər kimi xüsusiyyətlərə malik sosial media platformaları gənc istifadəçilərin psixi sağlamlığına potensial zərəri barədə xəbərdarlıq etiketləri təqdim etməlidir.
ABŞ-nin şimal-şərq bölgəsində müşahidə olunan intensiv qar yağışı səbəbindən 1400-dən artıq aviareys dayandırılıb. Primeinfo.az xəbər verir ki, kəskin hava şəraiti Milad bayramı ərəfəsində avtomobillə səfərləri də riskli vəziyyətə salıb. Meteoroloqlar yeni hava dalğasının Nyu-Yorkda son illərin ən güclü qarını gətirəcəyini bildirirlər.
Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçersinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib. Primeinfo.az-ın məlumatına görə, bu, ticarət platformasının göstəricilərindən məlum olur. Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3,68 % artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Nyu-Yorkda BMT Baş Məclisinin 80-ci sessiyasının açılışında iştirak edən nümayəndə heyətinin Vətənə qayıdışı ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir: “27 Sentyabr – Anım Günü Vətənimiz Azərbaycanda! Uçuş marşrutu: Nyu-York-Gəncə!”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında Nyu Yorkda çəkilmiş ailəvi fotolarını paylaşıb.