Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək.
“2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcəkdir. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaqdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.
Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb-yaradılmayacağına aydınlıq gətirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Qeyd edilib ki, şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub.
Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb. Primeinfo.azr.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması oktyabrın 21-də nəzərdə tutulub. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
“Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürək açan deyil”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.