Azərbaycanda pensiya yaşının azaldılması müzakirə obyekti deyil. Primeinfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib. “Bu mövzu mətbuatda çıxır, biz də həmin informasiyalarla tanışıq, lakin bu il nazirliyin aparacağı islahatlar çərçivəsində pensiya yaşının dəyişdirilməsi məsələsi yoxdur”, – deyə o qeyd edib.
2025-ci ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min 781 nəfər olub. Primeinfo.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onların 113 min 891 nəfəri yaşa görə pensiya alıb. Xüsusi şərtlərlə pensiya alanlar arasında 14 min 139 nəfəri əlil və 22 min 751 nəfəri isə ailə başçısını itirənlər yer alıblar.
Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
2025-ci il sona yaxınlaşmaqdadır. Bu il Azərbaycan tarixində həmçinin sosial müdafiə tədbirlərin güclənməsi ili kimi yadda qaldı. Cənab Prezidentin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatacaq.
Naxçıvan Muxtar Respublikasında (MR) dekabr ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatdırılıb. Primeinfo.az xəbər verir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar Respublika üzrə dekabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri yekunlaşdırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə verilməsi nəzərdə tutulan 200 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi həyata keçirilib.
Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.
Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişiklikləri təsdiq edib.
Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik eidb. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması arayışa əsasən həyata keçiriləcək.
Aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödənişlərdə olduğu kimi, pensiyalarda və bu istiqamət üzrə ayrılan vəsaitlərdə də davamlı artıma imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. Növbəti ildə isə həmin məbləğlərin müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.