Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pensiya

İyul ayının pensiya ödənişi yekunlaşıb

İyul ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Primeinfo.az-a ƏƏSMN-dən məlumat verilib. Qeyd edilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkənin bölgələri üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a DSMF-dən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi TARİX

İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi TARİX

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.

İyun ayının pensiya ödənişləri YEKUNLAŞDIRILDI

İyun ayının pensiya ödənişləri YEKUNLAŞDIRILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Primeinfo.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANIB

Rayonlarda pensiyaların ödəniləcəyi tarix AÇIQLANIB

Rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin bu ayın 19-dan gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar iyunun 12-si ödənilib.

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Ailə başçısını itirən 195 mindən çox şəxsə ödəniş edilib

Ailə başçısını itirən 195 mindən çox şəxsə ödəniş edilib

Bu ilin may ayında ailə başçısını itirməyə görə 195 155 nəfər şəxsə pensiya və müavinət ödənilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 138 914 nəfəri pensiya, 56 241 nəfəri isə müavinət alıb.

Mayın pensiya ödənişləri yekunlaşdırılıb

Mayın pensiya ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ÖDƏNİLƏCƏK

Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.