COMEX əmtəə birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti sentyabrın 28-dən bəri ilk dəfə troya unsiyası üçün 4150 dollardan aşağı düşüb. Primeinfo.az xəbər verir ki, ticarət platformasının məlumatına görə, qızılın qiyməti 0,76 faiz azalaraq troya unsiyası üçün 4130,7 dollar təşkil edib
Sosial şəbəkələrdə “Vanlı Qara Heydər” kimi tanınan Mehmet Fatih Tançalan barəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq başladılıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, sosial media fenomeni Çağla Öz ilə dəbdəbəli toy edən və gəlini başdan-ayağa külli miqdarda qızılla bəzəməsilə gündəmə gələn Tançalan saxlanılaraq həbs olunub. Ötən həftə baş tutan səs-küylü mərasimdən dərhal sonra Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları əməliyyat keçirib.
Qızılın qiyməti geosiyasi gərginliklərin və inflyasiya səviyyəsinin artıracağı ilə bağlı narahatlıqlar fonunda son iki həftənin ən yüksək həddini keçib. Primeinfo.az xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4114 dollar civarındadır. Əmtəə birjalarında gümüş, platin və palladiumun da qiymətləri bahalaşıb.
Qlobal bazarda qızılın qiyməti 4000 ABŞ dolları həddindən aşağı enib. Primeinfo.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti hazırda 3986 ABŞ dolları səviyyəsində ticarət olunur. Qiymətli metal cari ilin ikinci rübündə 14 faiz ucuzlaşıb.
Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıblar.
Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Nyu-Yorkun “Comex” birjasında 2026-cı ilin aprel ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 5 100 ABŞ dollarını ötüb. Primeinfo.az xəbər verir ki, bu göstərici fevralın 12-dən bəri ilk dəfə qeydə alınıb. Ticarət məlumatlarına əsasən, qızılın qiyməti 5 102,7 dollar təşkil edib.
Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb. Primeinfo.az xəbər verir ki, hazərda dünya birjasında qızılın 1 troy unsiyası 5 049,5 dollar səviyyəsinə çatıb. Son sutkada qızıl 100 dolardan çox bahalaşıb.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Primeinfo.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,87% artaraq 5 075,01 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 2,22% artaraq 82,173 ABŞ dolları olub.
Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib.