Bu gün “Son zəng” çalınır
Bu gün Azərbaycanda “Son zəng” günüdür.
Bu gün Azərbaycanda “Son zəng” günüdür.
Bakının Xətai rayonundakı 249 nömrəli tam orta məktəbdə “Son zəng” həyəcanı yaşayan 11-ci sinif şagirdlərinin dərsdənkənar vaxtda baş tutan məzun tədbirinə direktor da qoşulub. Primeinfo.az xəbər verir ki, 249 nömrəli tam orta məktəbin həmin tədbiqdən yaydığı məlumat və fotoşəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, məktəbin direktoru Kəmalə Şıxlinskaya 11-ci sinif şagirdlərinə qoşularaq, yerdə rəsmlər çəkib, məzunlar kimi üz-gözünü müxtəlif rənglərlə boyayıb.
Fövqəladə Hallar Nazirliyi “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib. İdarədən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Təəssüf hissi ilə qeyd etməliyik ki, ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son Zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. Bu barədə Primeinfo.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Primeinfo.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.
Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.