Xəbər axtarın

Son axtarış nəticələri:

Hesabdan pul niyə gec çıxılır? – “Bakıkart” səbəbi AÇIQLADI - VİDEO

11.06.2026 17:35

Hesabdan pul niyə gec çıxılır? – “Bakıkart” səbəbi AÇIQLADI - VİDEO

NFC ödənişlərində vəsaitin niyə dərhal deyil, müəyyən müddət sonra hesabdan silindiyi məlum olub.

Primeinfo.az xəbər verir ki, bununla bağlı “Bakıkart” açıqlama yayıb.

Bildirilib ki, NFC ödəniş sistemində əsas məqsəd sərnişinlərin vaxt itirmədən və sürətli şəkildə keçidini təmin etməkdir. Kart validatora yaxınlaşdırılan kimi sistem keçidi bir saniyədən də az müddətdə təsdiqləyir və sərnişin yoluna davam edir.

Qeyd olunub ki, hər keçid zamanı bank əməliyyatının tamamlanması gözlənilsəydi, xüsusilə pik saatlarda turniket və validatorların qarşısında növbələr yaranar, bu isə ciddi gecikmələrə səbəb olardı.

Məhz buna görə sistem əvvəlcə gedişi təsdiqləyir, ödəniş isə sonradan bank tərəfindən emal olunur.

Paylaş: