
“Aviabiletlərə baxıram, İrəvan-İstanbul istiqamətinə uçuş 164 dollardır – təxminən 230 manat. Bakı-İstanbul bileti isə 620 manatdır, düz 3 dəfə bahadır. Hökumətimizdən soruşuram: niyə bizdə bilet belə bahadır?”
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında deyib.
Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov isə təəssüflə qeyd edib ki, ölkədə heç kim bu suala cavab vermir:
“Aidiyyəti qurumun rəhbərliyi, cavabdeh şəxslər çıxıb cəmiyyətə bunun səbəbini izah etsinlər”.
Maraqlı debatın davamını “Qırmızı masa”da izləyin: