Meksika millisinin qapıçısı Qilyermo Oçoa futbol üzrə dünya çempionatları tarixinə düşməyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, 2026-cı il mundialı 39 yaşlı qolkiperin karyerasında altıncı dünya çempionatı olacaq. Bununla da o, turnirin altı final mərhələsində iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.
Bu gün start götürəcək futbol üzrə dünya çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya (İTV) tərəfindən FIFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq.
Bakıda iyunun 7-dən 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib. Primeinfo.az-ın məlumatına görə, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq. Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək.
Türkiyədə İranla FIFA-nın yüksək səviyyəli rəsmiləri arasında yaxşı görüş keçirilib. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İran millisinin bəzi futbolçularına viza verməməsi ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, FIFA ev sahibi ölkə tərəfindən bütün qaydalara riayət ediləcəyinə dair zəmanət verib.
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub.
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema 2026-cı il dünya çempionatında Fransa millisinin heyətinə yenidən qoşula biləcəyini mümkünsüz hesab etmir. Primeinfo.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli hücumçu bu barədə “L’Equipe” nəşrinə müsahibəsində danışıb: “Dünya çempionatında oynamaq hər futbolçunun arzusudur. Çağırış olarsa, meydanda olub komandama kömək edərəm.
Daha iki ölkənin futbol yığması 2026-cı il Dünya Çempionatının (DÇ) final mərhələsinə vəsiqə qazanıb. Primeinfo.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində ötən gün keçirilən oyunlardan sonra Portuqaliya və Norveç milli komandaları mundialda iştirak hüququ əldə ediblər. Portuqaliya seçməsi doğma meydanda Ermənistanı 9:1 hesabı ilə məğlub edib, Norveç isə səfərdə İtaliyaya 4:1 hesabı ilə qalib gəlib.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi noyabrın 17-24-də İspaniyanın Linares şəhərində keçiriləcək komandalararası dünya çempionatında iştirak edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib. Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb. Primeinfo.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar: Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson Qeyd edək ki, Azərbaycan – İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.