Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dünya çempionatı

Nigar Nəsirova yeni rekorda imza atdı

Nigar Nəsirova yeni rekorda imza atdı

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb. Primeinfo.az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, idmançı 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayıb. O, həmçinin bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Azərbaycan yığması İspaniyada dünya çempionu adını qazandı

Azərbaycan yığması İspaniyada dünya çempionu adını qazandı

Azərbaycanın tamblinq üzrə yığma komandası İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatının qalibi olub. Bu barədə Primeinfo.az -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli batut gimnastikası və tamblinq üzrə dünya çempionatında öz titullarını qorumağı bacarıb.

Sambo üzrə 2026 dünya çempionatının məkanı bəlli olub

Sambo üzrə 2026 dünya çempionatının məkanı bəlli olub

2026-cı ildə sambo üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, turnir Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq. Azərbaycan təmsilçilərinin də qatıldığı hazırkı dünya çempionatı isə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilir.

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

    Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib. Primeinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb. Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib.

Sərbəst güləşçisimiz dünya çempionatında 3-cü oldu

Sərbəst güləşçisimiz dünya çempionatında 3-cü oldu

  Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. Primeinfo.az xəbər verir ki, üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala sahib çıxıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal əldə edib.