
Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul 2026-cı il tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.
Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.
“Hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz”, – məlumatda qeyd olunub.
