İqlim dəyişiklikləri, quraqlıq risklərinin artması və bir sıra ölkələrdə su çatışmazlığı ilə bağlı xəbərlər Azərbaycanda da su ehtiyatlarının vəziyyəti ilə bağlı müzakirələri gündəmə gətirib.
İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib. Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək. Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Maştağa qəsəbəsi, Nizami küçəsində diametri 1020 mm olan içməli su xəttinin qəzalı hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar martın 11-i axşam saatlarından martın 13-dək qəsəbənin bir hissəsinə suyun verilməsi dayandırılacaq.
Sumqayıt, Abşeron və Qaradağ rayonlarının bir hissəsində su kəsiləcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.
Yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, işlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.
Sabah Bakının Keşlə qəsəbəsində su kəsiləcək. Primeinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində yanvarın 19-da gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycanda 28 yeni su anbarının tikintisi nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi planlaşdırılır.