Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq. Primeinfo.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq.
Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsinin məlumatında deyilir. Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.
Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su boru xəttinin partlaması nəticəsində 8 400 abonent susuz qalıb. Primeinfo.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də, xəttin Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində, diametri 500 mm olan polietilen boruda baş verib. Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) olaraq 2030-cu ilədək qarşımıza konkret hədəflər qoymuşuq. 5 il ərzində Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək”.