Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-nin açılış oyununda Meksika QALİB GƏLDİ

12.06.2026 10:00

DÇ-nin açılış oyununda Meksika QALİB GƏLDİ

Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Meksika millisi ilk oyununda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub edib.

Primeinfo.az xəbər verir ki, Meksika yığmasının qollarını 9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes vurublar.

Oyunun sonlarında, 90+2-ci dəqiqədə Sezar Montes fərqlənsə də, qol qeydə alınmayıb.

CAR millisi görüşü azlıqda başa vurub. Komandanın futbolçusu Sfivelo Sitxolu 50-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra Meksika A qrupunda ilk qələbəsini qazanaraq 3 xal toplayıb.

Paylaş: