Xəbər axtarın

Son axtarış nəticələri:

Dünya çempionu olan ölkələrin SİYAHISI

12.06.2026 12:50

Dünya çempionu olan ölkələrin SİYAHISI

Hazırda bütün idman azarkeşlərinin diqqəti ABŞ, Meksika və Kanadada start götürən futbol üzrə Dünya Çempionatına yönəlib. 11 iyun-19 iyul aralığında keçiriləcək mundialda 48 milli komanda iştirak edir.

Primeinfo.az xəbər verir ki, dünya kubokunu indiyədək 8 fərqli ölkənin futbol millisi qazanıb. Ən uğurlu ölkə 5 çempionluqla Braziliyadır.

Ölkələr üzrə çempionluq bölgüsü belədir:

Braziliya: 5 dəfə (1958, 1962, 1970, 1994, 2002)

Almaniya: 4 dəfə (1954, 1974, 1990, 2014)

İtaliya: 4 dəfə (1934, 1938, 1982, 2006)

Argentina: 3 dəfə (1978, 1986, 2022)

Fransa: 2 dəfə (1998, 2018)

Uruqvay: 2 dəfə (1930, 1950)

İngiltərə: 1 dəfə (1966)

İspaniya: 1 dəfə (2010)

Paylaş: