Xəbər axtarın

Son axtarış nəticələri:

Astara Terminalında tranzit daşımaların həcmi artıb - ADY

12.06.2026 14:55

Astara Terminalında tranzit daşımaların həcmi artıb - ADY

Bu ilin yanvar-may aylarında Astara Terminalında (İran ərazisində) 346 min 690 tondan çox yük aşırılıb.

Bu barədə Primeinfo.az-a  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 % çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında bu terminalda yük aşırılma həcmi 274 min 618 ton təşkil edib.

Tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Astara Terminalında tranzit daşımaların həcmi artıb - ADY

Paylaş: