Kiyev vilayətinin Mila kəndində Rusiyanın endirdiyi zərbə və ardından baş verən güclü detonasiya (partlayış) nəticəsində həlak olanların sayısı 38 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Dövlət başçısının sözlərinə görə, ərazidə yanğınların böyük hissəsi söndürülsə də, fəlakət zonası hələ də partlamamış sursatlarla ciddi şəkildə çirklənmiş vəziyyətdə qalmaqdadır.
Rusiya Ukraynanın Donetsk və Sumı regionlarında bir sıra bölgələri ələ keçirib.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 28-də və avqustun 29-na keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Ukrayna tərəfi Donetsk ərazisində və müvəqqəti işğal olunmuş Krımda pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqələrə zərbələr endirdiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin zərbələri Rusiya ilə qarşıdurmanın gedişində hər hansı dönüş yaratmayıb.
“Kiyev bununla həm də onlara demək istəyir ki, belə dözülməz həyat istəmirsinizsə, hakimiyyətinizə təzyiq edin ki, savaşı dayandırsın…”
Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində “Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.