Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ukrayna-Rusiya müharibəsi

Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB

Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB

Almaniya kansleri Fridrix Merts əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir. Primeinfo.az  UNIAN-a istinadən xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) digər ölkələrin vətəndaşlarına, o cümlədən diplomatik nümayəndəliklərin əməkdaşlarına Ukraynada qalmağın və bu ölkəyə səfər etməyin təhlükəli olduğu barədə yenidən xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki,bu barədə oktyabrın 3-də Rusiya XİN-in yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, Rusiya silahlı qüvvələri Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi təyinatlı obyektlərə zərbələr endirməkdə davam edir.

Kiyevə hücumun qisası alındı:Rusiya daxilində kritik hərbi obyektlər VURULDU

Kiyevə hücumun qisası alındı:Rusiya daxilində kritik hərbi obyektlər VURULDU

Ukrayna prezidenti Volodimir Zelenski ölkə hərbçilərinin Rusiyanın Bryansk vilayətində yerləşən “İskəndər” əməliyyat-taktiki raket komplekslərinin heyətlərinə cavab zərbəsi endirdiyini bəyan edib. Primeinfo.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, zərbələr həmçinin Samara vilayətində və Qara dənizdə Rusiyanın hərbi infrastrukturu ilə bağlı obyektlərinə də endirilib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin bu addımı Rusiyanın Ukraynanın mülki infrastrukturuna güclənən hücumlarına cavab olaraq atdığını bildirib.

Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb

Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb

Ukraynanın Krasnodar vilayətində yerləşən İlyinsk neft emalı zavoduna PUA hücumu nəticəsində üç ilkin neft emalı qurğusu və rezervuar parkı vurulub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hücum “FP-1” tipli PUA-larla həyata keçirilib və nəticədə zavodun fəaliyyəti dayandırılıb.

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna istehsalı olan “Neptun” qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib.

Rusiyanın iki neft zavodu bir gecədə vuruldu - Moskvaya hücum davam edir

Rusiyanın iki neft zavodu bir gecədə vuruldu - Moskvaya hücum davam edir

Ukrayna Rusiya ərazisinə yeni dron hücumu təşkil edib. Primeinfo.az xəbər verir ki, əsas hədəf Krasnodar diyarı olub. Region rəhbəri Veniamin Kondratyevin açıqlamasına görə, Krasnodar diyarının Severski rayonunda baş verən pilotsuz təyyarə hücumu nəticəsində iki müəssisədə yanğınlar baş verib, ölən və yaralananlar olub: “Severski rayonuna dron hücumu edilib.

Zelenskidən rus jurnalistlərə SƏRT cavab: "Moskvaya raketlə gedəcəyəm" - VİDEO

Zelenskidən rus jurnalistlərə SƏRT cavab: "Moskvaya raketlə gedəcəyəm" - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya nə vaxt səfər edəcəyi ilə bağlı rusiyalı jurnalistlərin suallarına sərt cavab verib. Primeinfo.az xəbər verir ki, Zelenski BMT Baş Assambleyasındakı çıxışından sonra Rusiya KİV nümayəndələrinin Moskvada mümkün danışıqlarla bağlı təxribatçı sualı ilə üzləşib. Ukrayna liderinin cavabı maksimal dərəcədə qısa və kəskin olub.

Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib. Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər – Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb.

Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

Tramp Rusiyanın NEZ-lərinə Ukrayna hücumlarının dayandırılmasını istəyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa çağırıb, çünki bu, dünya bazarlarında dizel yanacağı qıtlığı təhlükəsi yaradır. Primeinfo.az “Fох News”a istinadən xəbər verir ki, Tramp bu barədə İrlandiya Açıq Çempionatında jurnalistlərlə söhbəti zamanı deyib. “Cənab Zelenski bir şey etməlidir.