ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlığı maksimum mərhələyə çatıb. Primeinfo.az xəbər verir ki, hərbi-analitik dairələrin qiymətləndirməsinə görə, Vaşinqton zərbə ssenarisini icraya hazır vəziyyətə gətirib və yaxın saatlar həlledici ola bilər. Məlumata görə, ABŞ tərəfi İranın İsfahan bölgəsi üzərində hava məkanının bağlanması ilə bağlı pilotları məlumatlandırmağa hazırlaşır.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.
İsrail Müdafiə Ordusu Livanın şərqindəki Beka vadisində yerləşən Nasiriyyə şəhərindəki hədəfə hava zərbəsi endirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir. Qeyd olunub ki, zərbə Şin Bet təhlükəsizlik agentliyi ilə birgə Nasiriyyə şəhərində yaraqlılardan birinə endirilib.
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələr endirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində “Hizbullah”ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib”, – bəyanatda deyilir.
İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.