Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Zengilan

Məmmədbəyli kəndinə daha 30 ailə köçürülüb

Məmmədbəyli kəndinə daha 30 ailə köçürülüb

  Bu gü Bu gün növbəti köç karvanı ilə Zəngilanın Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar

Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar

Zəngilana səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri şəhər ərazisində bir sıra obyektlərə, o cümlədən Zəngilan şəhər məscidinə, Zəngilan şəhər yaşayış kompleksinə, məktəb və uşaq bağçası binalarına baxış keçirilib. Primeinfo.az xəbər verir ki, bundan əlavə, Əlaqələndirmə Qərargahının üzvləri Zəngilan Hotel Kompleksində görülən işlərlə tanış olublar. Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illiyinə həsr olunmuş iclas keçirilib

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illiyinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev dövlət başçısının birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib. Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb

Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.

Slovakiya səfiri Azərbaycana təşəkkür edib

Slovakiya səfiri Azərbaycana təşəkkür edib

Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri barədə təəssüratlarını bölüşüb.  Primeinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.  Diplomat səfəri maarifləndirici adlandırıb və qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bölgədəki bərpa layihələri, həmçinin mövcud vəziyyət barədə dəyərli məlumatlar əldə ediblər  Elçin Qasımov səmimi qonaqpərvərliyə görə də təşəkkürünü bildirib.   

Hikmət Hacıyev: “Bu yollar sadəcə asfalt deyil, sivilizasiyanın özüdür”

Hikmət Hacıyev: “Bu yollar sadəcə asfalt deyil, sivilizasiyanın özüdür”

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib. “Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər.