Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün qısa iş günüdür

08.05.2026 10:36

Bu gün qısa iş günüdür

Azərbaycanda bu həftəsonu vətəndaşları uzunmüddətli istirahət gözləyir.

Primeinfo.az xəbər verir ki, bayramla əlaqədar olaraq həm iş saatlarında dəyişiklik ediləcək, həm də əlavə qeyri-iş günü tətbiq olunacaq.

Mövcud əmək qanunvericiliyinə əsasən, bayramdan əvvəlki gün hesab olunduğu üçün 8 may tarixində iş günü bir saat tez başa çatacaq.

9 May – Qələbə Günü ölkədə rəsmi istirahət günü sayılır. Bu tarix şənbəyə düşdüyündən, istirahət gününün kompensasiyası məqsədilə əlavə qeyri-iş günü müəyyənləşdirilib. Buna görə də 11 may bazar ertəsi də işlənilməyəcək.

Nəticədə, beşgünlük iş rejimində çalışan şəxslər ardıcıl olaraq üç gün – 9, 10 və 11 may tarixlərində istirahət edəcəklər.

Paylaş: