Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı metrosu mayda 19 milyondan çox sərnişin daşıyıb - FOTO

02.06.2026 20:29

Bakı metrosu mayda 19 milyondan çox sərnişin daşıyıb - FOTO

“Bakı Metropoliteni” QSC may ayında 19 milyon 91 min 678 sərnişin daşıyıb.

Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, ötən ay 1 milyon 673 min 358 sərnişin “Koroğlu” stansiyasından istifadə edib. Qurban bayramı və Müstəqillik Günü daxil olmaqla, 27–31 may tarixlərini əhatə edən qeyri-iş günlərində sərnişinlər metrodan 2 milyon 134 min 80 dəfə istifadə ediblər.

NFC və QR bilet vasitəsilə ümumilikdə 9 milyon 222 min 99 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 49,7 %-ni təşkil edir.

Paylaş: