Xəbər axtarın

Son axtarış nəticələri:

XİN: Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə dönür - FOTO

16.07.2026 11:12

XİN: Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə dönür - FOTO

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola çıxıblar.

Primeinfo.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Vətəndaşlar Gülana Lətifova, Tofiq Nəsrullayev, Səbuhi Səmədov, İsmayıl İsmayılov, Aydın Əliyev, Cavid Rəhimov, Mehman Rəhimov, İsmayıl Axundov, Qurban Əliyev və Valeh Abasovu Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədov yola salıb.

XİN-dən bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb.

Kapitanın axtarışı davam edir.

XİN: Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə dönür - FOTO

XİN: Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə dönür - FOTO

Paylaş: