Xəbər axtarın

Son axtarış nəticələri:

Səfir təyin edilən Nemət Nağdəliyev kimin oğludur? - DOSYE

07.08.2026 17:29

Səfir təyin edilən Nemət Nağdəliyev kimin oğludur? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Primeinfo.az xəbər verir ki, Nemət Nağdəliyev Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

Səfir təyin edilən Nemət Nağdəliyev kimin oğludur? - DOSYE

Nemət Nağdəliyevin dosyesini təqdim edirik:

2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.

Diplomatik sahədə böyük təcrübəyə malik N.Nağdəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini alıb.

N.Nağdəliyev Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışıb..

Paylaş: