Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: 31-ci Bakı Enerji Forumu

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb  - FOTO

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb  - FOTO

Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb. Primeinfo.az xəbər verir ki, imzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu və ümumi 7,5 milyard dollarlıq portfel iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksək səviyyəli və rəsmi bir platformaya (institusional müstəviyə) daşındığının sübutudur.

Türkiyəli nazir: "Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verəcək"

Türkiyəli nazir: "Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verəcək"

Azərbaycan gələcəkdə təkcə neft və təbii qazla deyil, elektrik enerjisi ilə də regional enerji təhlükəsizliyinə töhfə verəcək. Primeinfo.az xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. O qeyd edib ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyi və enerji böhranlarının müzakirəsi baxımından mühüm platformadır və tədbirə yüksək səviyyəli iştirak Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirir.

Alparslan Bayraktar: "Qlobal enerji bazarlarında iki amilə ehtiyac var"

Alparslan Bayraktar: "Qlobal enerji bazarlarında iki amilə ehtiyac var"

Qlobal enerji bazarlarında mövcud çağırışların öhdəsindən gəlmək üçün iki əsas amilə ehtiyac var. Primeinfo.az xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Onun sözlərinə görə, birincisi, güclü diversifikasiya, ikincisi isə qarşılıqlı əlaqələrin və inteqrasiyanın daha da genişləndirilməsi.