Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb -YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirib, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.