Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

ABŞ İranla razılığa gəlib: atəşkəs uzadılır

ABŞ İranla razılığa gəlib: atəşkəs uzadılır

ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəlib. Tərəflər atəşkəsin uzadılması, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük çərçivə razılaşmasına nail olublar.

Xamneyidən yeni MESAJ

Xamneyidən yeni MESAJ

İranın ali lideri Müctəba Xamneyi parlamentin 12-ci çağırış parlamentin üçüncü fəaliyyət ilinin başlanması münasibətilə mesaj yayıb. Primeinfo.az İRNA-ya istinadən xəbər verir ki, mesajda o, deputatların və xüsusilə parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Xamneyi milli birliyin qorunmasının vacibliyini vurğulayaraq ixtilafların qarşıdurmaya çevrilməməsi və parlamentin əsas diqqətini ölkənin əsas problemlərinə yönəltməsinin gərəkli olduğunu bildirib.

ABŞ ilə İran arasında memorandum 14 bənddən ibarət olacaq  - Tasnim

ABŞ ilə İran arasında memorandum 14 bənddən ibarət olacaq  - Tasnim

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətər səfərindən sonra İslam Respublikasının 12 milyard dollar məbləğində dondurulmuş aktivlərinin azad edilməsi məsələsində irəliləyişlər əldə edilib, lakin bu məsələnin bəzi təfərrüatları hələ razılaşdırılmayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. “Son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi məqamlar üzrə fikir ayrılıqları hələ də mövcuddur və mesaj mübadiləsi davam edir”, – məlumatda bildirilib.

Xamneyi: "Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq"

Xamneyi: "Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq"

Region ölkələri daha ABŞ bazalarına qalxan olmayacaq. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Həcc ziyarəti ilə bağlı ictimaiyyətə yazılı mesajında bildirib. İranın Ali Rəhbəri Tehran və Vaşinqton üç aydır davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda Körfəz ölkələrinin artıq ABŞ bazaları üçün sipər olmayacağını qeyd edib.

Əraqçi və Qalibaf Qətərə gediblər - YENİLƏNİB

Əraqçi və Qalibaf Qətərə gediblər - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmmədbaqir Qalibafın Qətərə səfər etdiyinə dair xəbər təsdiqlənib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, İran nümayəndə heyəti Əraqçi və Qalibafın rəhbərliyi ilə Qətərə səfər edib.