Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: aciqlama

Əraqçi: Gərginlikdən sonra etimadın bərpası mərhələsinə keçməliyik

Əraqçi: Gərginlikdən sonra etimadın bərpası mərhələsinə keçməliyik

İranın xarici işlər naziri Abbas Əraqçi dövlət qəzetinə müsahibəsində İslamabad sazişi və bu sazişdən sonrakı proseslər barədə açıqlama verib. Primeinfo.az xəbər verir ki,Əraqçi bildirib ki, ABŞ tərəfinin sazişdən sonra vəziyyəti yenidən gərginlik istiqamətinə yönəltmək istədiyi görünürdü. Onun sözlərinə görə, İran ABŞ-ın davranışında heç bir xoş niyyət əlaməti görməyib və Vaşinqtonun niyyətinə şübhə ilə yanaşıb.

SOCAR açıqlama yaydı

SOCAR açıqlama yaydı

Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.

XİN: “CNN-ə rəsmi qaydada cavab verilib, iddialar əsassızdır”

XİN: “CNN-ə rəsmi qaydada cavab verilib, iddialar əsassızdır”

5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “CNN World”-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib. Onun sözlərinə görə, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.

ADY: "Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır"

ADY: "Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır"

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat məlumat verilib. “Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”, – ADY-dən bildirilib.

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Bugünkü tədbir dayanıqlı urbanizasiya sahəsində qarşıdakı addımları müəyyənləşdirmək üçün mühüm imkandır. Primeinfo.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib. O əlavə edib ki, Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü ilə proqramın icrasının ilk onilliyinə yekun vurulacaq: “Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır”.

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb. Primeinfo.az açıqlamanı təqdim edir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib. Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub.

Masazırda niyə su yoxdur? - Açıqlama

Masazırda niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Primeinfo.az-ın məlumatına görə, artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir. Sakinlər bildiriblər ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir: “Son dəfə intensiv yağışlar başlamamışdan 1 gün əvvəl su verilib.