Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: aciqlama

Qurban Yetirmişli: Güclü zəlzələ gözlənilmir

Qurban Yetirmişli: Güclü zəlzələ gözlənilmir

Bildiyiniz kimi, Şamaxıda zəlzələ baş verəndən sonra avterşoklar qeydə alındı, hazırda davam edir. Bu barədə Primeinfo.az- a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, avterşokların olmağı enerji məsələsində asılıdır və bu da o deməkdir ki, güclü zəlzələ ehtimalı yoxdur.

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, – deyə diplomat bildirib.

AMEA sosial mediada yayılan iddialara aydınlıq gətirdi

AMEA sosial mediada yayılan iddialara aydınlıq gətirdi

AMEA-nın 30 aprel – 2 may tarixlərində Qarabağ Universitetində “Azərbaycanda “Qarabağnamə” ənənəsi və Akademiyanın Qarabağnaməsi” mövzusunda keçirdiyi yubiley elmi konfransı zamanı və ümumiyyətlə heç vaxt bu ali təhsil ocağına sosial şəbəkələrdə yazıldığı kimi yüzə yaxın noutbuk yox, 1215 (min iki yüz on beş) adda kitab və bir ədəd rəsm əsəri hədiyyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, hədiyyələrin içərisində bir ədəd də noutbuk olmayıb: “Çin Xalq Respublikasından AMEA-nın 80 illik yubileyi tədbirində tərəfdaşımız olan Hebey Sosial Elmlər Akademiyasından üç, Honkonq Kore Akademiyasından isə dörd nəfər iştirak edib.

Sosial mediadakı xəbərlərlə bağlı Bakı Metropolitenindən - AÇIQLAMA

Sosial mediadakı xəbərlərlə bağlı Bakı Metropolitenindən - AÇIQLAMA

“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib. Məlumatda deyilir ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələrindən sonra metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin – o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin – bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

Yol Polisi defis məsələsinə aydınlıq gətirdi

Yol Polisi defis məsələsinə aydınlıq gətirdi

Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir. Primeinfo.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.