Azərbaycan neftinin qiyməti 104 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,57 ABŞ dolları və ya 6,7 % artaraq 104,58 ABŞ dolları təşkil edib.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,57 ABŞ dolları və ya 6,7 % artaraq 104,58 ABŞ dolları təşkil edib.
İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” CIF markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar və ya 2,5 faiz azalaraq bir barel üçün 98,01 dollara düşüb. Primeinfo.az xəbər verir ki, bazar mənbələrinin verdiyi məlumata görə, analoji ucuzlaşma digər marşrutlarda da qeydə alınıb. Belə ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” FOB markalı xam neftin qiyməti 2,49 dollar və ya 2,5 faiz azalaraq 95,89 dollara enib.
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin etalon markası olan “Azeri Light” neftinin bir barelinin qiyməti 100,57 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki qiymətlə müqayisədə 1,73 dollar və ya 1,69% azdır.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3.57 ABŞ dolları və ya 3.24% azalaraq 106.48 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110.05 ABŞ dolları təşkil edib.
Dünya birjalarında Azərbaycan neftinin qiymətində nəzərəçarpacaq enmə qeydə alınıb. Primeinfo.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,09 ABŞ dolları və ya 3,58 % azalaraq 110,05 ABŞ dollarına düşüb. Qiymət itkisinə baxmayaraq, milli neftimiz hələ də beynəlxalq etalon markası sayılan “Brent”i qabaqlayır; son hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 107,23 ABŞ dolları təşkil edib.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.82 ABŞ dolları və ya 1,6% artaraq 114.14 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 112.32 ABŞ dolları təşkil edib.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,45 ABŞ dolları və ya 4,93 % artaraq 115,93 ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə dünya bazarlarına istinadən bildirir. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,48 ABŞ dolları təşkil edib.
Dünya birjalarında neftin qiymətində gözlənilməz dalğalanmalar qeydə alınır. Primeinfo.az xəbər verir ki, son hərracların nəticələrinə əsasən, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,58 ABŞ dolları və ya 2,11% azalaraq 119,68 ABŞ dolları təşkil edib. Beləliklə, bir müddətdir 122 dollar səviyyəsində qərarlaşan Bakı nefti yenidən 120 dollar psixoloji həddindən aşağı düşüb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.