İran Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricani və oğlu ilə vida mərasimi keçirilir. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, mərasim Tehrandakı İnqilab meydanında təşkil olunub. “Tasnim”in məlumatına görə, Laricani ilə yanaşı, SEPAH-ın “Bəsic” təşkilatının komandiri general-mayor Qulamrza Süleymaninin də vida mərasimi keçirlir.
Xocalı faciəsi zamanı itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki vətəndaş – şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları 34 ildən sonra aşkar edilərək, bu gün Xocalı şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Primeinfo.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub.
Ötən gün vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib. Primeinfo.az xəbər verir ki, onun nəşi Maştağa kəndində yerləşən qəbirstanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur. Primeinfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır.
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib. Primeinfo.az xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib. “Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü.
Ötən gün Binəqədidə faciəli şəkildə həyatını itirən dörd ofisiantdan biri – Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb. Primeinfo.az xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib. Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.
2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib. Qeyd olunub ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.
“Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 % və 50,4% olmaqla Beynəlxalq Əmək təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək”. Primeinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə, dəfn müavinətləri üçün olan xərclər büdcədə artırılır: “Gələn il şəhid ailələri, qazilər, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradılacaq”.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılıb.