Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dəfn

Xamneyi Məşhəddə dəfn olunur - VİDEO

Xamneyi Məşhəddə dəfn olunur - VİDEO

Hazırda İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xamneyinin Məşhəd şəhərində dəfn mərasimi keçirilir. Primeinfo.az Azad.İrana istinadən xəbər verir ki, mərasimə milyonlarla insan qatılıb. İran mediasında yayılan görüntülərdə mərasim iştirakçılarının əllərində “qisas” bayraqları tutduqları görünür.

Xamneyinin cənazəsini daşıyan təyyarə Məşhədə enib

Xamneyinin cənazəsini daşıyan təyyarə Məşhədə enib

İranın keçmiş Ali Rəhbəri bu gün dəfn olunacaq. Primeinfo.az-ın məlumatına görə, Ayətullah Seyid Əli Xamneyinin cənazəsini və ailə üzvlərini daşıyan təyyarə bir müddət əvvəl Məşhəd şəhərindəki Şəhid Haşimi Nejad Hava Limanına enib. Ayətullah Xamneyinin dəfn mərasiminin Təşkilat Komitəsindən bildirilib ki, İraqda, xüsusilə Nəcəf və Kərbəlada keçirilən vida və dəfn mərasimlərinə böyük izdihamın qatılması səbəbindən cənazənin Məşhədə gətirilməsində gecikmə yaranıb.

Müctəba Xamneyi atasının dəfnində iştirak etməyəcək

Müctəba Xamneyi atasının dəfnində iştirak etməyəcək

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xamneyinin dəfn mərasimində iştirak etməyəcək. Bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib.   Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xamneyinin hədəf siyahısında olduğunu deyib.

Xamneyinin dəfnində Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək

Xamneyinin dəfnində Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək

İranın keçmiş Ali rəhbəri Seyid Əli Xamneyinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək. Primeinfo.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir. Qeyd edək ki, Əli Xamneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Ayətullah Xamneyi burada dəfn olunacaq - VİDEO

Ayətullah Xamneyi burada dəfn olunacaq - VİDEO

İran hakimiyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin dəfn mərasimlərinin rəsmi proqramını açıqlayıb. İran dövlət mediasının, o cümlədən Tasnim agentliyinin yaydığı məlumata görə, vida mərasimləri 4 iyul tarixində Tehranda başlayacaq, son dəfn mərasimi isə 9 iyulda Xamneyinin doğulduğu Məşhəd şəhərində keçiriləcək. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata əsasən, 4-5 iyul tarixlərində Xamneyinin cənazəsi Tehrandakı İmam Xomeyni Müsəllasında xalqın ziyarətinə açıq olacaq.

Xamneyi üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Xamneyi üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq. Primeinfo.az-ın məlumatına görə, Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib ki, iyunun ortalarında İranın keçmiş Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır. O bildirib ki, Tehranda keçiriləcək vida mərasiminin bir gün davam edəcəyi gözlənilir, bundan sonra Xamneyinin nəşi Qum şəhərinə, daha sonra isə Məşhədə aparılacaq.

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Piriyev Rəşadət Əli oğlunun meyitinin qalıqları Bərdə rayonunda dəfn olunub. Primeinfo.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən vida mərasimində Bərdə və Tərtər Rayon İcra Hakimiyyətlırinin, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib.

Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib - FOTO

Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib - FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, mərhum sənətkar Birinci Fəxri xiyabanda dəfn olunacaq.