Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyinin dəfnində Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək

02.07.2026 19:16

Xamneyinin dəfnində Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək

İranın keçmiş Ali rəhbəri Seyid Əli Xamneyinin dəfn mərasimində Azərbaycandan nümayəndə heyəti iştirak edəcək.

Primeinfo.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Qeyd edək ki, Əli Xamneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamneyi seçilib.

Paylaş: